Malta Zaxarovanın vizasını niyə ləğv edib?

 Malta Zaxarovanın vizasını niyə ləğv edib?
  05 Dekabr 2024    Oxunub:648
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Maltaya aldığı viza bir sıra Avropa İttifaqı ölkələrinin etirazları səbəbindən ləğv edilib.
Bunu Maltanın Rusiyadakı səfiri Karmelo İnquanez RTVI-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, əvvəlcə Zaxarovaya viza verilibmiş. Lakin rəsmi Valetta birdən çox ölkədən etiraz aldığı üçün geri addım atmaq məcburiyyətində qalıb.

Ceyhun Bayramov Maltaya gedib
“Bu məsələdə müəyyən istisna şansının olduğunu gördük. Bu səbəbdən Zaxarovanı səyahət qadağasından çıxardıq. Biz vizanı verdik. Lakin sonradan bəzi dövlətlərdən etirazlar gəldi. Ona görə də Avropa həmrəyliyinə hörmət etməliyik”, - İnquanez bildirib.

“The Times of Malta” isə öz mənbəsinə istinadən yazıb ki, Zaxarovanın Maltaya daxil olması üçün Aİ-yə üzv dövlətlər tərəfindən nəzərdən keçirilməli olan xüsusi icazə tələb edilırmiş.

Qeyd edək ki, Maltanın paytaxtı Vallettada ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 31-ci iclası keçirilir.
57 dövlətin daxil olduğu ATƏT Avropada təhlükəsizliyin müzakirəsi üçün ən çox təmsilçiyə malik platforma olaraq qalır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Malta   ATƏT   Zaxarova  





Xəbər lenti