ABŞ şirkəti Ermənistan ordusu üçün yeni geyim forması hazırlayacaq

 ABŞ şirkəti Ermənistan ordusu üçün yeni geyim forması hazırlayacaq
  05 Dekabr 2024    Oxunub:1030
İrəvan Amerikanın “Milliken & Company” şirkəti ilə erməni qoşunları üçün yeni geyim formasının yaradılması məsələsini müzakirə edir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Bəyanatda qeyd olunub ki, ölkənin bir nömrəli hərbi qurumuna rəhbərlik edən Suren Papikyan ABŞ-yə işgüzar səfər edib. O, burada "Milliken & Company"nin vitse-prezidenti Bryus Laflam, həmçinin şirkətin beynəlxalq və hərbi proqram menecerləri Tommi Younq, Skot Qrup ilə danışıqlar aparıb. Görüş Vaşinqtondakı İrəvan səfirliyində baş tutub.

Ermənistan ordusu NATO standartlarına keçir
“Ermənistan Silahlı Qüvvələri üçün yeni geyim formalarının hazırlanmasında əməkdaşlıqla bağlı məsələlər, xüsusən də geyim formasının növləri, hazırlanması prosesi, sınaq nümunələrinin çatdırılma müddəti ilə bağlı müzakirələr aparılıb”, - paylaşımda yazılıb.

Xatırladaq ki, bu ilin yanvarında Ermənistan ordusunun yeni geyim formasına keçəcəyi barədə məlumat yayılmışdı. Nazirlik bəyan etmişdi ki, hərbçilərin geyimlərində NATO standartları nəzərə alınacaq.

Hələ ötən ilin noyabrında müdafiə naziri Suren Papikyan parlamentdə çıxış edərkən orduda hərbi geyimlərin dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Geyim   ABŞ  





Xəbər lenti