Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib

   Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib
  05 Dekabr 2024    Oxunub:768
Ukrayna lideri Vladimir Zelenski Gürcüstanın baş naziri İrakli Kobaxidze və hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə “Strana” nəşri məlumat yayıb.

“Bu sanksiyalar hazırda Gürcüstanda olan hökumətin bu ölkəni Putinə təhvil verən hissəsinə qarşıdır”, - Ukrayna prezidenti deyib.

Gürcüstan Prezidenti xarici tərəfdaşlarına təcili çağırış edib
Zelenski həmçinin Avropa və ABŞ-ni Gürcüstan hakimiyyətinə qarşı “prinsipial” davranmağa çağırıb.

Nəşrin məlumatına görə, Kiyevin sanksiya siyahısına Tbilisi meri Kaxa Kaladze, eləcə də Gürcüstan hakimiyyətinin digər nümayəndələri də daxil edilib.

Xatırladaq ki, dekabrın 4-də Zelenski Gürcüstan hakimiyyətinin son zamanlar sərgilədiyi davranışları pisləyərək Tbilisiyə qarşı sanksiyalar hazırlayacağını vəd etmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Zelenski  





Xəbər lenti