Ermənistan Miqrasiya Xidmətinə yeni rəis təyin edilib

Ermənistan Miqrasiya Xidmətinə yeni rəis təyin edilib
  05 Dekabr 2024    Oxunub:634
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini Nelli Davtyan məlum xidmətin rəhbəri təyin edilib.
Bu barədə yerli media məlumat yayıb. Qeyd eidlir ki, bununla bağlı müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Davtyan noyabrın sonunda Ermənistan daxili işlər nazirinin müavini təyin edilmiş Armen Kazaryanı əvəz edib.

İrəvanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Xatırladaq ki, ötən ay daxili işlər naziri Vahe Qazaryanın digər rəsmilərlə birlikdə baş nazir Nikol Paşinyanın xahişi ilə istefa verməsi xəbəri yayılmışdı. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı. Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər.

Ümumilikdə isə ölkədə istefa şousu cərəyan etdi. Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Bundan başqa, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   DİN  





Xəbər lenti