Volodin: "Makron Fransanı dərin böhrana sürükləyib"

      Volodin:    "Makron Fransanı dərin böhrana sürükləyib"
  05 Dekabr 2024    Oxunub:794
"Fransa prezidenti Emmanuel Makron ölkəsini siyasi və iqtisadi böhrana sürükləyib".
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

Makron 24 saata yeni baş nazir tapmalıdır
O qeyd edib ki, “Fransanın hazırkı prezidenti bir vaxtlar çiçəklənən ölkəni dərin siyasi və iqtisadi böhran vəziyyətinə gətirib”.

Siyasətçinin sözlərinə görə, Fransa həm də ümumavropa mövqeyini gücləndirməklə subyektivliyini və qərarların qəbulu məsələsində müstəqilliyini itirib.

“Makron öz əhalisinin etibarını tamamilə itirdi. Çünki Fransa rəhbəri Baydenə imkan verdi ki, onu Ukraynadakı müharibəyə sürükləsin”, – Rusiya Dövlət Dumasının sədri əlavə edib.

Volodin Fransada hökumətin 91 gün mövcud olmasını antirekord adlandırıb və Makronun hər hansı vasitə ilə hakimiyyəti əlində saxlamaq cəhdinin iflasa uğradığını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Volodin  





Xəbər lenti