"Bütün vasitəçilik səylərini alqışlamağa hazırıq" - Peskov |
"Ancaq bu davamlı sülh olmalıdır",- mənbə qeyd edib.
Mənbələrin məlumatına görə, Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak Vaşinqtona ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə əlaqələr qurmaq üçün səfər edib. Nəşr həmçinin qeyd edib ki, Ukrayna rəsmiləri ilə görüşdə ABŞ-nin yeni vitse-prezidenti Ceyms Devid Vens, Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uols və Amerika liderinin Ukrayna üzrə xüsusi elçi təyin etmək istədiyi Keyt Kelloq da iştirak edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az