Ukraynada sülhlə bağlı Trampa 3 plan təklif olunub

   Ukraynada sülhlə bağlı Trampa    3 plan    təklif olunub
  04 Dekabr 2024    Oxunub:360
Trampın komandasının Ukraynada sülhlə bağlı təklif etdiyi üç əsas planda ölkənin NATO-ya üzvlükdən imtina etməsi və ərazilərin güzəştə getməsi müddəaları var.
AzVision.az xəbər verir ki, Donald Trampın adlarının çakilməsini istəməyən 4 müşavirinə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Ukraynada sülh palnını müzakirə etmək üçün ABŞ-nin yeni seçilmiş prezidenti hələlik işçi qrupu toplamayıb. Bunun əvəzində onun komandası həmin planın necə ola biləcəyinə dair ideyalar və təkliflər hazırlayır. Əsas məqsəd isə Moskva və Kiyevi danışıqlara məcbur etməkdir.

“Hazırda üç əsas təklif var: Ukraynada nizamlanma üzrə xüsusi nümayəndə, istefada olan general-leytenant Keyt Kelloqdan, vitse-prezidentliyə namizəd Ceyms Devid Vensdən və Milli Kəşfiyyatın keçmiş rəhbəri Riçard Qreneldən. Bütün bunlar Ukraynanın ərazi güzəştlərini və NATO-ya üzv olmaqdan imtina etməsini nəzərdə tutur”, - agentliyin həmsöhbətlərindən biri deyib.

“Reuters”in fikrincə, Tramp çox güman ki, “qamçı və kökə” siyasətindən istifadə edəcək. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlardan imtina edərsə, ABŞ Kiyevə dəstəyi dayandıracaq, Rusiya lideri Vladimir Putinə isə onu artıracaq. Lakin respublikaçı müşavirlər nəticədə sülh razılaşmasının Tramp, Zelenski və Putin arasında birbaşa ünsiyyətdən asılı olacağını iddia edirlər.

Berbok: “Kiyev ərazi məsələlərini Moskva ilə müzakirə edə bilər”
Xatırladaq ki, noyabrın sonunda Böyük Britaniyanın “Sky News” informasiya telekanalına müsahibəsində Kiyevin müəyyən şərtlər daxilində ərazi güzəştlərinə gedə biləcəyini istisna etməyib.

Halbuki, buna qədər Kiyev 1991-ci il sərhədlərinə uyğun olaraq Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını nəzərdə tutan “sülh formulunu” həyata keçirməkdə israrlı idi. Söhbət Rusiyanın ilhaq etdiyi Krım yarımadası, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən gedir. Kiyev və Qərb ölkələri bu reallığı tanəmaqdan imtina edirlər.

Moskva, öz növbəsində, Kiyevin “sülh formuluna” əsaslanan danışıqları qeyri-mümkün sayır. Rusiya prezidenti Vladimir Putin isə bu ilin yayında Ukrayna qoşunlarının hətta Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərin Moskvanın nəzarəti altına keçməyən hissələrindən də çıxarılması şərtini irəli sürüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   təkliflər  





Xəbər lenti