Çin Flippini hücum etməkdə günahlandırıb

Çin Flippini hücum etməkdə günahlandırıb
  04 Dekabr 2024    Oxunub:365
Çinin Sahil Mühafizə gəmisi Filippin gəmisinə qarşı su şırnağından istifadə etdikdən sonra onu Cənubi Çin Dənizinin Skarboro rifi bölgəsində vurub.
AzVision.az xəbər verir ki, Filippinin sahil mühafizəsi qüvvələrinin komnadanı Cey Tarriela “X” sosial şəbəkəsində belə məlumat paylaşıb.

“Filippinin Balıqçılıq və Su Ehtiyatları bürosu və Sahil Mühafizəsi gəmiləri Çinin Milli Azadlıq ordusunun Hərbi Dəniz Qüvvələrinin də gəmiləri daxil olmaqla, bir neçə Çin gəmisi tərəfindən aqressiv hərəkətlərlə üzləşib. Çin gəmilərindən biri əvvəlcə Filippin gəmisinin naviqasiya avadanlığını hədəfə alaraq su topundan istifadə edib, bundan sonra o, qəsdən gəmini sağ yanı ilə vurub”, - məlumatda bildirilir.

Bundan əvvəl Çinin Dəniz Polisi İdarəsi Pekin və Manila arasında ərazi mübahisəsi olan Cənubi Çin dənizindəki Huanyan adasının (Skarboro rifi) sularından dörd Filippin gəmisini sıxışdırıb çıxardığını bildirmişdi.

Qeyd edək ki, bir neçə onilliklər ərzində Çin şelfdə əhəmiyyətli karbohidrogen ehtiyatlarının aşkar edildiyi Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bir sıra ölkə ilə mübahisələrlə məşğuldur. İlk növbədə, söhbət Parasel (Xişa) adalarından, Nanşa (Spratli) arxipelaqından və Huanyan rifindən (Skarboro) gedir. Bu məsələlər Bruney, Vyetnam, Malayziya və Filippinə aiddir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Filippin   hücum  





Xəbər lenti