Al Jazeera: "Atəşkəs təkcə "Hizbullah" üçün nəzərdə tutulub"

      Al Jazeera:    "Atəşkəs təkcə "Hizbullah" üçün nəzərdə tutulub"
  04 Dekabr 2024    Oxunub:400
"Livanda razılaşdırılan atəşkəsin vəziyyəti ürəkaçan deyil".
Bu sözləri Qətərin Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri "Al Jazeera" xəbər agentliyinə açıqlamasında dilə gətirib.

"Atəşkəs sazişinin mətni ilə ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahunun dedikləri arasında müqayisə aparanda görürük ki, bu, təkcə "Hizbullah"ın atəşi dayandırması üçün nəzərdə tutulub, İsrailin yox", - professor vurğulayıb.

Ötən günlərdə İsrail və "Hizbullah" arasında atəşkəs sazişi qüvvəyə minsə də, İsrail növbəti axşam saatlarında Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub. Tərəflər bir-birini atəşkəs pozmaqda günahlandırırlar.

(Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri)

"İsrail bu addımını özünümüdafiə hüququ ilə əlaqələndirir. ABŞ Dövlət Departamentinin dünənki mətbuat brifinqindən də aydınlaşır ki, rəsmi Vaşinqton da belə qənaətdədir", - Əl-Misri deyib.
General: "İsrail "Hizbullah" təhlükəsini hələ üstələməyib"

Xatırladaq ki, sözügedən atəşkəs sazişinin Livan tərəfi ilə razılaşdırılmasında ABŞ əsas vasitəçidir. Co Baydenin xüsusi müşaviri Emos Hokşteyn bu məqsədlə Beyruta bir neçə dəfə yollanmış, Livanın parlamentinin sədri, "Hizbullah" terror təşkilatının qeyri-rəsmi təmsilçisi Nəbih Bərri ilə danışıqlar aparmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   ABŞ   atəşkəs  





Xəbər lenti