Rütte Trampı xəbərdar edib

Rütte Trampı    xəbərdar    edib
  04 Dekabr 2024    Oxunub:387
NATO-nun baş katibi Mark Rutte Ukrayna ilə bağlı Qərb üçün potensial uğursuz razılaşmaya görə Vaşinqtona təhlükə yaranacağı barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı məlumatlandırıb.
AzVision.az bu barədə məlumat yayan “Financial Times” qəzetinə istinadən xəbər verir ki, NATO-nun baş katibinin sözlərinə görə, Ukrayna üzrə sülh sazişi Rusiyanı Çin, İran və Şimali Koreya ilə daha da yaxınlaşdıra və Birləşmiş Ştatlar üçün böyük təhlükə yarada bilər.

Mark Rütte qeyd edib ki, indi Şimali Atlantika Alyansı ölkələri bütün səylərini Kiyevə daha çox silah və sursat göndərməyə yönəltməlidir, çünki bu, Ukraynaya daha güclü mövqe ilə danışıqlara başlamaq şansı verə bilər.

Daha əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər komitəsinin sədr müavini Vladimir Cabarov Ukraynanın Rusiya ilə danışıqlara güc mövqeyindən başlamaq perspektivi olmadığını, NATO-nun baş katibinin isə mövcud vəziyyəti qeyri-real qiymətləndirdiyini bildirmişdi.

“Belə bəyanatlar verməzdən əvvəl cənab Rütte vəziyyəti daha yaxşı izləməli və bu cür əsassız şüarlar səsləndirməməlidir”, - rusiyalı senator vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Rütte   xəbərdarlıq  





Xəbər lenti