Cənubi Koreyada müxalifət lideri prezidentin əmrlərinə tabe olmamağa çağırıb

“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” - Li Çje-Mön qeyd edib.
O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.
AzVision.az