Pentaqon Suriyada Rusiya ilə "hərbi kanalı"nı aktivləşdirib

Pentaqon Suriyada Rusiya ilə  "hərbi kanalı"nı  aktivləşdirib
  03 Dekabr 2024    Oxunub:527
ABŞ ordusu Suriyada Rusiya ilə əlaqə kanalını aktivləşdirib.
Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

Vaşinqton Ankaradan dəstək gözləyir
Rayderdən Suriyada cərəyan edən son proseslər ilə bağlı Moskva və Vaşinqtonun hərbi sahədə olan kommunikasiya kanalından istifadə edib əlaqələr qurub-qurmaması soruşulub.

"Bildiyim qədəri ilə, Birgə İşçi Qrupunun komandanlığı, “Inherent Resolve” Suriyadakı qüvvələrimizin coğrafi baxımdan bir-birinə olduqca yaxın fəaliyyət göstərdiyini nəzərə alaraq, açıq rabitə kanalının olmasını təmin etmək üçün Rusiya ilə qaynar xəttdən istifadə edilib",- o qeyd edib.

Pentaqon rəsmisi digər region ölkələri ilə də əlaqələr qurulacağını vurğulatıb: "Biz potensial səhv hesablamaların qarşısını almaq üçün belə bir əlaqə mexanizminə malikik. Mən bu əlaqələrlə bağlı təfərrüata varmayacağam. Amma yenə də regionun digər ölkələri ilə əlaqə saxlamağa davam edəcəyik. Çünki biz vəziyyətin inkişafı ilə bağlı monitorinq aparmağa davam edəcəyik".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   ABŞ  





Xəbər lenti