Sülhməramlıların keçmiş komandirinə böyük vəzifə verildi

Sülhməramlıların keçmiş komandirinə böyük vəzifə verildi
  01 Dekabr 2024    Oxunub:678
Qaradağdakı sülhməramlıların ilk rəhbəri olmuş general-polkovnik Rüstəm Muradov Rusiyanın quru qoşunlarının baş komandanının müavini təyin edilib.
2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.

Xatırladaq ki, Rusiya Federasiyasının qəhrəmanı Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında “Şərq” Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edirdi.

Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran rayonunun Xanak kəndindəndir. Milliyətcə tabasarandır. Atası 1966-cı ildə Cənubi Dağıstanda zəlzələdən sonra Tabasaran rayonundan Çinara köçüb. Burada ailə qurub. Rüstəm əvvəlcə Çinar orta məktəbində, sonra Mahaçqaladakı 16 saylı məktəbdə təhsil alıb.

Kazan Suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir.


Teqlər: Hərb  





Xəbər lenti