Tbilisidə etiraz aksiyalarında 107 nəfər saxlanılıb

"Bütün gecə boyu mitinq iştirakçıları polisə sözlü və fiziki müqavimət göstərib. Rustaveli prospektindəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Nümayişçilərin zorakılıq hərəkətləri nəticəsində DİN-nin 10 əməkdaşı xəsarət alıb", - nazirlik bildirib.
AzVision.az