"Rusiya İrəvan qarşısında hərbi-siyasi öhdəliklərindən imtina etmir" - Qaluzin

 "Rusiya İrəvan qarşısında hərbi-siyasi öhdəliklərindən imtina etmir"    - Qaluzin
  29 Noyabr 2024    Oxunub:370
"Rusiya Ermənistanla razılaşmalara sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir".
AzVision.az xəbər verir ki, bu fikri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, söhbət həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində əldə olunmuş hərtərəfli razılaşmalardan gedir.

"Hələ də İrəvanı müttəfiq hesab edirik" - KTMT baş katibi
Rusiya XİN rəhbərinin müavini həmçinin qeyd edib ki, Rusiya Ermənistanın hərbi, enerji və ərzaq təhlükəsizliyinin qarantı olaraq qalır.

Dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov oxşar mövzularda çıxış etmişdi. O, deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın təşkilatın tədbirlərində iştirak etməməsinə baxmayaraq Ermənistanı özünə müttəfiq hesab edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib. Bu ilin sentyabrında isə Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyə təhdid adlandırıb və İrəvanın qurumla münasibətlərdə geri dönüş nöqtəsinin keçdiyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti