Ukraynada fərarilərin sayı 200 min nəfərə çata bilər - “Associated Press”

   Ukraynada fərarilərin sayı 200 min nəfərə çata bilər    - “Associated Press”
  29 Noyabr 2024    Oxunub:310
"Ukrayna hərbçiləri arasında fərarilərin sayı 200 min nəfərə çata bilər".
Bu barədə “Associated Press” agentliyi adı açıqlanmayan ukraynalı deputata istinadən məlumat yayıb.

Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Məqalədə qeyd edilib ki, hətta fərariliklə bağlı real göstəricilər rəsmi göstəricilərdən xeyli yüksək ola bilər.

Qeyd edək ki, noyabrın 28-də Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə hərbi hissəni icazəsiz tərk etmiş və ya fərarilik etmiş əsgərlərin könüllü şəkildə xidmətə qayıtması haqqında qanun imzalayıb. Bu onlara problemsiz xidmətə davam etməsiə imkan yaradır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fərari  





Xəbər lenti