Hərbi məktəblərə kursant qəbulu başlayır

Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 AZN məbləğində təqaüd alırlar.
Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlə də təmin olunurlar.
Azərbaycan Ali Hərbi məktəblərini bitirən məzunlara hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət edə bilərlər.
Teqlər: