Gəncədə təcili yardım piyadanı vuraraq öldürüb

Gəncədə təcili yardım piyadanı vuraraq öldürüb
  26 Noyabr 2024    Oxunub:315
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti