TQDK yeni müsabiqə elan etdi

TQDK yeni müsabiqə elan etdi
  18 İyul 2014    Oxunub:1044
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilir.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplamış 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.

Hərbi Tibb Fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə müraciət etməlidirlər (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).


Teqlər:





Xəbər lenti