Azulay: "Livanda atəşkəs yolverilməzdir"

      Azulay:    "Livanda atəşkəs yolverilməzdir"
  25 Noyabr 2024    Oxunub:326
"Hazırda bildirilən şərtlər çərçivəsində atəşkəs sazişi imzalanarsa, sakinləri evlərinə qayıtmamağa çağıracağam. Çünki bu, İsrailin təslim olması deməkdir".
Bu sözləri İsraildə Livan "Hizbullah"ının mütəmadi hücumlarına məruz qalmış Metula şəhərinin şura sədri David Azulay İsrail Ordusunun Radiosuna açıqlamasında dilə gətirib. O, fikrini belə əsaslandırıb ki, həmin şəraitdə sakinlərin təhlükəsizliyi sual altında qalır.

"Başa düşə bilmirəm, axı tamamilə sağçı hökumət "Hizbullah"a necə asanlıqla təslim ola bilir?", - o deyib.
Barro: "İsrail və "Hizbullah" fürsətdən yararlanmalıdır"

Xatırladaq ki, İsrail-"Hizbullah" danışıqlarının əsas vasitəçisi, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn ilə "Hizbullah"ın sözçüsü rolunu oynayan Livanın parlament sədri Nəbih Bərri ötən günlərdə Vaşinqtonun atəşkəs təklifi üzrə ortaq məxrəcə gəliblər. Məlumata görə, atəşkəsin yekun razılaşdırılması tezliklə baş tuta bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   atəşkəs  





Xəbər lenti