İcra hakimiyyətindən təcavüz açıqlaması

İcra hakimiyyətindən təcavüz açıqlaması
  18 İyul 2014    Oxunub:1132
İsmayıllı rayon İcra Hakimiyyəti Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz etməsi barədə mətbuatda yazılmış xəbərləri təkzib edib.
İcra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, adı təcavüz olayında hallanan 30 saylı məktəb İsmayıllı rayonuna məxsus deyil və belə bir olay ümumiyyətlə baş verməyib.

“17 iyul 2014-cü il tarixdə bəzi elektron xəbər portallarında İsmayıllı rayonu ilə bağlı “Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı–Şok” və s. başlıqlarla gedən yazılarla əlaqədar olaraq bildiririk ki, İsmayıllı rayonunda 30 saylı məktəb yoxdur və həmin məktəb Ağdam rayon Təhsil şöbəsinə aiddir. Xəbərdə qeyd olunan qız isə məktəbli deyil, 1995-ci il təvəllüdlüdür və məktəbi 2013-cü ildə bitirmişdir. Məsələ ilə bağlı Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinə müraciət edilmiş və hadisənin doğruluğu öz əksini tapmamışdır. Həmçinin 16 iyul 2014-cü il tarixində 200 nəfərə yaxın kənd sakininin Rayon İcra Hakimiyyətinə müraciət etməsi fikri də həqiqətə uyğun deyildir”.

Xatırladaq ki, İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru, 56 yaşlı Zahid Namazavun şagirdi olmuş A. adlı xanımla qeyri-rəsmi münasibətdə olduğu, A.-nın Göyçay rayon Qarayazı kəndindən olan bir oğlanla nişanlandığı və qız toyundan sonra evdən qaçması barədə axar.az saytı yerli sakinlərə istinadla xəbər yaymışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti