Müsavat da Sərdar Cəlaloğluna qarşı çıxdı

Müsavat da Sərdar Cəlaloğluna qarşı çıxdı
  18 İyul 2014    Oxunub:1152
Müsavat Partiyası ADP sədri Sərdar Cəlaloğlunun “İsa Qəmbər Əli Kərimliyi təkləyir”-deyə səsləndirdiyi fikirlərə cavab verib.
Müsavatın Divan üzvü Tural Abbaslı AzVision.az-a açıqlamasında Sərdar Cəlaloğlunu məntiqsiz danışmaqda ittiham edib.

“İsa bəy istənilən tədbirdə iştirak edə və etməyə bilər, bu, İsa bəyin və Müsavatın şəxsi hüququdur. Hansısa tədbirdə iştirak etmək və ya etməmək həmin tədbirin təşkilatçısını təkləmək deməkdir? Bu, ümumiyyətlə heç bir məntiqə sığmır”.

T.Abbaslınin fikrincə, Sərdar Cəlaloğlu gündəmdə qalmaq üçün çatana çatır, çatmayana isə daş atır.

“İsa bəyin tədbirlərin hansındasa iştirak edə bilmirsə, vaxtı olmursa, burada böyük bir şey yoxdur. Yəqin ki, Sərdar Cəlaloğlu yenə gündəmə gəlmək istəyir, ona görə də Müsavata, İsa bəyə, yaxud da digər tanınmış insanlara sataşmaqla gündəmdə qalmaq istəyir”.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının yubiley tədbirində iştirakından danışarkən deyib ki, tədbirə Əli Kərimlini tək qoymamaq üçün gedib: “Bizim partiyaya AXCP-nin yubiley tədbiri üçün 15 dəvətnamə gəlmişdi. Fikirləşdim ki, insandır getməsəm pis olar, bir neçə müavinimlə birlikdə getdim ki, Əli Kərimli pərt olmasın. Onsuz da İsa Qəmbər onu təkləyir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti