Knaysl: “Putini həbs etmək olar, Netanyahunu isə yox”

      Knaysl:    “Putini həbs etmək olar, Netanyahunu isə yox”
  23 Noyabr 2024    Oxunub:858
Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsini (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və bu ölkənin keçmiş Müdafiə naziri Yoav Qalantın həbsinə order verdiyinə görə antisemitizmdə günahlandırsa da, Rusiya lideri Vladimir Putinin həbsi barədə qərar Qərbdə alqışlandı.
AzVision.az xəbər verir ki, Avstriyanın sabiq Xarici İşlər naziri, hazırda Sankt-Peterburq Universitetinin “G.O.R.K.I.” mərkəzinin rəhbəri Karin Knaysel belə deyib.

“İsrailin baş naziri Netanyahu və onun keçmiş Müdafiə naziri Qalanta qarşı həbs orderinə cavab olaraq, İsrail və ABŞ Beynəlxalq Cinayət Məhkəməsini (ICC) antisemit adlandırırlar. ICC afrikalıları mühakimə edəndə Qərb bunu təriflədi, prezident Putin şübhəli səbəblərlə axtarılanda Avropa alqışladı və indi ICC antisemitizm aktı səviyyəsinə endirildi”, - xanım Knaysl öz Telegram-kanalında yazıb.

Heç vaxt ICC və digər oxşar tribunalların pərəstişkarı olmadığını vurğulayan keçmiş avstriyalı diplomat indi baş verənlərin tam qanunsuzluğa səbəb ola biləcəyini qeyd edib. Çünki dünya birliyinin razılaşdığı normalar, məsələn, müqavilələrə hörmət, mülki şəxslərin müdafiəsi məsələləri artıq öz aktuallığını itirib.

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Səudiyyə Ərəbistanının “Al-Arabiya” telekanalına müsahibəsində Moskvanın İsrailin baş naziri və keçmiş Müdafiə nazirinin həbsinə order verən ICC-nin legitimliyini tanımadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Knaysl   Putin   Netanyahu   ICC  





Xəbər lenti