"ABŞ-nin fəaliyyəti nüvə risklərini artırır" - Çin XİN

"ABŞ-nin fəaliyyəti nüvə risklərini artırır"    - Çin XİN
  21 Noyabr 2024    Oxunub:272
"ABŞ milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu artırıb. Vaşinqton hərbi qarşıdurmanı gücləndirib və nüvə risklərini də artırıb".
Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çzyan brifinqdə bildirib.
"Son illərdə ABŞ nüvə triadasını modernləşdirməyə, milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu artırmağa və müttəfiqləri ilə çəkindirməni gücləndirməyə və genişləndirməyə davam edib", - Çinin XİN rəsmisi deyib.

Çin diplomatı onu da vurğulayıb ki, ABŞ nüvə tərksilahı üzrə öhdəlikləri yerinə yetirməli və strateji risklərin azaldılması üçün səy göstərməlidir.

"Birləşmiş Ştatlar nüvə tərksilahına dair xüsusi prioritet öhdəliklərini sədaqətlə yerinə yetirməlidir. Onlar nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmağa davam etməli, hərtərəfli və tam nüvə tərksilahının reallaşması üçün şərait yaratmalıdır. ABŞ strateji riskləri azaltmaq, regionda sülh və sabitliyi qorumaq üçün çalışmalıdır",- Çzyan brifinqdə qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti