Yol terroru: 1 ölü, 6 yaralı

Yol terroru:  1 ölü, 6 yaralı
  18 İyul 2014    Oxunub:828
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təqdim edir:
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.


Teqlər:





Xəbər lenti