İsrailli sabiq nazir: "Hizbullah"la atəşkəs tezliklə baş tuta bilər"

      İsrailli sabiq nazir:    "Hizbullah"la atəşkəs tezliklə baş tuta bilər"
  18 Noyabr 2024    Oxunub:296
"İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında atəşkəsin çox yaxın günlərdə razılaşdırılması mümkündür".
Bu sözləri İsrailin sabiq ədliyyə naziri Yosi Beylin "Al Jazeera"ya açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "İsrailin Livanda "Hizbullah"a qarşı hücumları artırması bu qənaətə zidd deyil".

"Çünki atəşkəs ərəfəsində tərəflər, adətən, son nailiyyətlərini qazanmağa çalışırlar ki, atəşkəs razılaşdırılanda digərini öz mövqeləri ilə üstələsinlər", - Beylin söyləyib.

Hərçənd o, oxşar mülahizəni Qəzza zolağındakı mülahizəyə aid etmədiyini bildirib.

"Qəzzada məsələ fərqlidir, orada əsirlər, xüsusilə onlar arasında körpələr, azyaşlı uşaqlar, qocalar var. İsrail onları azadlığa çıxarmadan müharibəni qurtara bilməz", - sabiq nazir deyib.
NYT: "Tehran Livanda atəşkəsə razıdır"

Xatırladaq ki, Yaxın Şərqdə müharibələri bitirmək vədi ilə yenidən ABŞ Prezidenti seçilmiş Donald Tramp, öz vədinə əsasən, İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşü zamanı "İsrail və "Hizbullah" terror təşkilatı arasında atəşkəsə razılıq verib. Məlumata görə, o, Dermerin diqqətinə çatdırıb ki, "bu prosesin 2025-ci il yanvarın 20-də rəsmi vəzifəyə başlamazdan əvvəl həyata keçiriləcəyinə ümidvardır". Digər tərəfdən, "Hizbullah"ın himayədarı İranın da İsraillə müharibəni baş çatdırmaq istədiyi bildirilir. "The New York Times" qəzeti ötən həftə sonu diqqətə çatdırıb ki, Tehran bu barədə təşkilata artıq lazımi mesajı verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   danışıqlar  





Xəbər lenti