Komitə sədri 6 aylıq hesabatı dinlədi

Komitə sədri 6 aylıq hesabatı dinlədi
  18 İyul 2014    Oxunub:878
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ötən 6 ayın yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayında dünya iqtisadiyyatının ayrı-ayrı coğrafi məkanlarında müşahidə olunan əsas meyllər, eləcə də onları şərtləndirən amillər barədə danışıb.

Komitə sədri hazırki müsbət iqtisadi dinamikanın ölkənin qiymətli kağızlar bazarına da sirayət etdiyini bildirərək, 2014-cü ilin ilk yarısında bazarın həcminin ötən ilin müvafiq dövrünə nisbətən 86 faiz artaraq 5,9 milyard manat təşkil etdiyini diqqətə çatdırıb.

Kollegiya iclasında 2014-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verilib. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hüquqi bazanın möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkili istiqamətində görülmüş işlərdən də danışılıb.

İclası yekunlaşdıran kollegiyanın sədri R.Aslanlı cari ilin 6 ayını bütövlükdə komitə üçün məhsuldar dövr kimi səciyyələndirərək, yeni ticarət və post ticarət sisteminin tətbiqi, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsi, qiymətli kağızlar bazarı haqqında qanun layihəsinin razılaşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.


Teqlər:  





Xəbər lenti