Təhsil İdarəsi rus bölməsinin fəaliyyətini dayandırdı

Bütün bunları nəzərə alaraq, 49 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.
Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın müstəqillik tarixində tədrisin rus dilində aparıldığı məktəblər həmişə diqqət və qayğı ilə əhatə olunub. Bu göstəriciyə görə MDB ölkələri arasında Azərbaycan xüsusi yeri ilə seçilir. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrində iki xalq arasında ünsiyyət sərhədlərinin daha da genişləndirilməsində dil bilgisi xüsusi önəm daşıyır”.
Teqlər: