Xalq artisti himn söhbətini boynundan atdı

Xalq artisti AzVision.az-a açıqlama verərək hansısa mediq qurumuna bu barədə müsahibə verməyidini diqqətə çatdırdı.
“Mən ümumiyyətlə elə bir müsahibə verməmişəm. Mənim ağlım başımda deyil ki, bəyəm bilməyim ki, himnimizi Üzeyir Hacıbəyov bəstələyib? Lap tutaq ki, mən bunu bilməsəm də, o cümləni o cür demərəm axı, indi bildim. İkinci tərəfdən, hamı bilir ki, mənim bağım Pirşağıda yox, Fatmayi qəsəbəsindədir. Elə müsahibənin yalandan yazıldığı buradan açıq-aşkar görünür. Müsahibədə dərc olunan şəkillərə gəlincə, Səməd Səməd vurğulayıb ki, bu saat mənim şəkillərimi tapmağa nə var ki? İnternetdən götürülüb hamısı. 58 yaşım var, bu yaşda durub yalan danışmayacağam ki?.
Mirvari Nəcəf