Bakıdan səfirliklərə etiraz çağırışı

Bakıdan səfirliklərə etiraz çağırışı
  17 İyul 2014    Oxunub:932
Qarabağ Azadlıq Təşkilatı Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklərinə, diaspor təşkilatlarına müraciət ünvanlayıb.
QAT-dan AzVision.az-a verilən məlumata görə, müraciətdə bu hadisə ilə bağlı dünya birliyinin məlumatlandırılması, Ermənistan səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsi təklif olunur:

Kəlbəcər rayonu ərazisində azərbaycanlıların erməni işğalçı qüvvələri tərəfindən girov götürülməsi hamımızı narahat edir, hamı bu hadisə ilə bağlı qəzəb içərisindədir. Belə bir gündə əlaqəli şəkildə fəaliyyət göstərməyimizə, baş vermiş hadisə ilə bağlı dünya birliyinin, beynəlxalq təşkilatların obyektiv məlumatlandırılmasına, beynəlxalq ictimaiyyətin diqqətinin bir daha erməni işğalçılığı, vəhşiliklərinə yönəldilməsinə ehtiyac vardır. Kəlbəcər və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər Dilqəm Əhmədov Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarına gediblər. Buna görə onlara İşğalçı Ermənistan rejimi heç cür qadağa qoya bilməz. Onlara qarşı xüsusi qəddarlıqla davranılması, divan tutulması, indi isə onların üzərində məhkəmə qurmaq cəhdləri insanlığa, bəşəriyyət qarşı işğalçı Ermənistan rejiminin növbəti cinayətlərindən başqa bir şey deyildir. Biz Sizləri dünyanın bütün ölkələrində, beynəlxalq təşkilatlarda baş vermiş hadisə ilə bağlı dolğun məlumatları yaymağa, Ermənistanın səfirlikləri qarşısında, uyğun beynəlxalq təşkilatlar qarşısında aksiyalar keçirməyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi ofisi ilə əlaqələr quraraq məsələyə ciddi yanaşmalrına nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çağırırıq. Hər bir azərbaycanlı bu məsələdə fəal olmalı, öz üzərinə düşən işləri yerinə yetirməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti