Azərbaycanda 2 min müəllim işsiz qalıb

O qeyd edib ki, azalma müəllimlərə yaş senzinin tətbiqi, müəllimlərin işə qəbulunda Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə mexanizminin tətbiqi ilə bağlıdır: “Bundan sonra müəllimlərin sayında azalma daha çox olacaq. Çünki artıq vakansiyalar konkret təhlil edilir, dəqiqləşdirilir, yalnız ehtiyac olduğu halda müəllimlər işə götürülür. Bundan əlavə, monitorinqlər, müxtəlif tədbirlər vasitəsilə peşəkar, bilik səviyyəsi yüksək olan müəllimlər məlum olur, onlarla bağlı hesabat hazırlanır”.