TQDK-dan Təhsil Nazirliyinə təqdimat

TQDK-dan Təhsil Nazirliyinə təqdimat
  17 İyul 2014    Oxunub:1010
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014 –cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.

TQDK-dan AzVision.az-a bildirilib ki, eyni zamanda şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini “Şagird-məzun” sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərək çap edə bilərlər.


Teqlər:





Xəbər lenti