İlham Əliyevdən yubiley sərəncamı

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, ölkəmizdə elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Validə Tutayuqun 100 illik yubileyi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Qeyd edək ki, bu ilin sentyabr ayında V.Tutayuqun anadan olmasının 100 illiyi tamam olur.
AzVision.az
Teqlər: