Deputatın partiyasında yeni təyinat

Partiya sədrinin imzaladığı sərəncama əsasən İbadova Günel Mahmud qızı (Günel Xəzəl) Sosial və Humanitar şöbənin müdiri vəzifəsinə təyin edilib
İbadova Günel Mahmud qızı 9 iyun 1981-ci ildə Bakıda anadan olub.1998-ci ildə Nizami rayon 201 saylı orta məktəbi, 2002-ci ildə “ Odlar Yurdu” Universitetinin hüquq fakültəsini bitirib. 2010-cu ildən etibarən dövri mətbuatda ədəbi və sosial mövzularda çoxlu sayda məqalələri dərc olunub. “ Şakti - qadın dili” hekayələr toplusundan ibarət kitabın müəlliflərindəndir.