Vaqif Əsədov xəstəxanaya düşdü

V.Əsədov bildirib ki, səhhətində yaranan nasazlıqla əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır: “Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”.
Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib: “Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə, həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.