Müdafiə naziri əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, tərəflər arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə çatdırıb və onun genişləndirilməsinin tərəfdarı olduğunu xüsusi vurğulayıb.
Daha sonra ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar iştirak edib.
