İlham Əliyev Putinə başsağlığı verdi

AzVision.az xəbər verir ki, ölkə başçısı məktubunda Moskva metrosunda baş verən qəzaya görə kədərləndiriyi qeyd edib:
-Hörmətli Vladimir Vladimiroviç,
Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.