Dilqəm Əsgərovun ailəsi nazirliyə çağırıldı

Bu barədə AzVision.az-a onun həmkdənlisi Yusif Əsgərov məlumat verib. Onun sözlərinə görə, D.Əsgərovun ailəsi Müdafiə
Nazirliyin müraciət edərək onun girovluqdan azad edilməsi üçün general-polkovnik Zakir Həsənovdan kömək istəyiblər.
“Dilqəm terrorçu deyil ki, deyəsən qaçır gedir. Onun əzizlərinin qəbri oradadır, özü orada doğulub böyüyüb. Gedib ziyarət edir, burada nə qəbahətli iş var?”.
Qeyd edək ki, Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əsgərov erməni silahlı qüvvələri tərəfindən girov götürülüb. Erməni mətbuatı onun Kəlbəcərdə lentə alınan videogörüntülərini yayıb.
Düşmən tərəfi onun diversant olduğu barədə məlumatlar yaysa da Müdafiə Nazirliyi bunu təkzib edib.
Fatimə Kərimli