28 nəfər imtahandan qovulub

28 nəfər imtahandan qovulub
  16 İyul 2014    Oxunub:1059
İyulun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirdiyi qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər qrup üzrə) abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən 27735 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti