Prezident ürək sözlərini yazdı

Prezident ürək sözlərini yazdı
  16 İyul 2014    Oxunub:1237
Bu gün Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanla FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışılıb. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olunub.

Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, daha sonra təşkilatın muzeyində olub, FAO-nun televiziyasına müsahibə verib.


Teqlər:  





Xəbər lenti