Blinken Yaxın Şərqə gedir

   Blinken Yaxın Şərqə gedir
  21 Oktyabr 2024    Oxunub:1113
ABŞ Dövlət katibi Antoni Blinkenin İsrail-HƏMAS müharibəsi başlayandan bəri növbəti dəfə Yaxın Şərqə səfəri gözlənilir.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Blinken əvvəla İsrailə yollanacaq, lakin sonrakı dayanacaqları hələlik açıqlanmayıb.

O, region ölkələrinin liderləri ilə Fələstinin HƏMAS terror qruplaşmanın sabiq lideri Yəhya Sinvarın ölümü fonunda Qəzza zolağında aparılan müharibəyə son qoyulması, Fələstin ərazisi üçün postmüharibə planının hazırlanması, həmçinin İsrail və Livanın iranyönümlü "Hizbullah" terror təşkilatı arasında münaqişənin diplomatik həlli ətrafında müzakirələr aparacaq.
Baydenin köməkçisi Beyruta gedir

Xatırladaq ki, HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar dünən İsrail əsgərləri tərəfindən Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində öldürülüb.

Yeri gəlmişkən, ABŞ Prezidentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi, xüsusi müşavir Emos Hokşteynin də danışıqlar məqsədilə Livana səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti