Ermənilər kəlbəcərli girovlara cinayət işi açdı

Erməni tərəfi 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərovun üzərindən 2 ədəd “AKMS” avtomatı, 2 ədəd “PM” tapançası, iki ədəd “F-1” qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat aşkarlandığını xəbər verir.
Əməliyyat zamanı Cəbrayıl rayon sakini Həsən adlı gənc isə ermənilər tərəfindən öldürülüb. Bu faktı Dilqəm Əsgərovun qohumları təsdiqləyib. Onun yaxınlarından birinin məlumatına görə Həsənin ölüm xəbərini Dilqəm Əsgərov özü telefon vasitəsilə bildirib.
Qondarma prokurorluqun məlumatında bildirilib ki, azərbaycanlı girovlarla bağlı polis və təhlükəsizlik xidməti ilə birgə istintaq qrupu yaradılıb.
Bu arada Ermənistanın müdafiə naziri Seyran Ohanyan mətbuata müsahibəsində əsir həmyerlilərimizin diversant olduğunu iddia edib. Belə ki, jurnalistlərdən biri, `belə söz-söhbət gəzir ki, onlar diversant deyillər, deyə Ohanyandan soruşub. O isə cavabında -
“Hərə getsin öz işi ilə məğul olsun. Onlar diversantdırlar. Hesab edirəm ki, onlar diversion-kəşfiyyat qrupunun üzvləridir. Qarabağa yaxşı bələd olan bu insanar düşmən tərfdən məqsədli şəkildə göndərilib.Bizim qanunlara görə onlar cinayətkardırlar və bizim qanunlara, eləcə də beynəlxalq normalara uyğun olaraq cavab verəcklər” –deyə erməni nazir bildirib.
Teqlər: