Gülən ölüb - “HaberGlobal”

   Gülən ölüb    - “HaberGlobal”
  21 Oktyabr 2024    Oxunub:813
Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.

F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.

Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2015-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.

Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.

AzVision.az



Teqlər: Fətullah-Gülən  





Xəbər lenti