İmtahanda 7 nəfər 700 bal yığdı

İmtahanda 7 nəfər 700 bal yığdı
  15 İyul 2014    Oxunub:1047
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

AzVision.az xəbər verir ki, İmtahanda iştirak etmək üçün sənəd vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər qrup üzrə) abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən 27735 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün keçid balı 150-dir.

Qeyd edək ki, imtahan iyulun 12-də cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilib.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti