TQDK-nın saytı çökdü

TQDK-nın saytı çökdü
  15 İyul 2014    Oxunub:1190
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
AzVision.az-ın məlumatına görə, nəticələr elan olunandan qısa müddət sonra TQDK-nın saytı çöküb. Belə ki, hazırda sayta daxil olmaq mümkün deyil.

Abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq imtahan nəticələrini yoxlaya bilmədiklərindən şikayətlənirlər.

Abituriyentlər həm internet, həm də sms vasitəsilə öz ballarını öyrənməkdə çətinlik çəkdiyini bildirirlər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti