Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
  19 Oktyabr 2024    Oxunub:1203
Oktyabrın 19-da Türkiyənin Kahramanmaraş vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb. Zəlzələnin episentri Dulqədiroğlu rayonunda, ocağı isə 10,53 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Daha əvvəl səhər saatlarında Aralıq dənizində - Türkiyənin cənub-qərb sahillərində 4,8 maqnitudalı zəlzələ olub.

AzVision.az


Teqlər: Türkiyə   zəlzələ  





Xəbər lenti