AXCP-nin növbəti yalanı üzə çıxdı

AXCP-nin növbəti yalanı üzə çıxdı
  15 İyul 2014    Oxunub:1062
“Biz hamı kimi AXCP-ni də yubileyə dəvət etmişdik”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı AXCP-ə cavabında bildirib.

AXCP rəhbərliyinin Müsavatın qərargahında keçirilən AXC-nin 25 illik yubiley tədbirində iştirak etməməsindən söz açan G.Aslanlı cəhbəçilərin mərasimə dəvət olunduqlarını bildirib.

“Dəqiq deyirəm ki, AXCP-nin rəhbərliyi tədbirə dəvət olunublar. Onların niyə iştirak etməməsindən xəbərimiz yoxdur”.

Qeyd edək ki, bu gün Müsavat partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilir. Yubiley mərasimində AXCP sədri Əli Kərimlinin iştirak etməməsi gözdən yayınmayıb.

Tədbirdə Milli Şura sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn və digərləri iştirak etəsələr də nədənsə Əli Kərimli və AXCP-nin digər üzvləri gözə dəyməyiblər.

Cəbhəçilərin bildirdiyinə görə, Əli Kərimli və AXCP rəhbərliyi sözügedən tədbirə dəvət olunmayıblar. Bu səbəbdən onlar AXC-nin yubiley mərasiminə gəlməyiblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti