İsa Qəmbər Əli Kərimlini saymadı

İsa Qəmbər Əli Kərimlini saymadı
  15 İyul 2014    Oxunub:1136
Müsavat Partiyasında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilir.
Tədbirdə Müsavatla yanaşı digər müxalifət partiyalarının rəhbərləri də iştirak edirlər.

AzVision.az-ın məlumatına görə, yubiley mərasimində AXCP sədri Əli Kərimlinin iştirak etməməsi gözdən yayınmayıb.

Tədbirdə Milli Şura sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn və digərləri iştirak etəsələr də nədənsə Əli Kərimli və AXCP-nin digər üzvləri gözə dəyməyiblər.

Cəbhəçilərin bildirdiyinə görə, Əli Kərimli və AXCP rəhbərliyi sözügedən tədbirə dəvət olunmayıblar. Bu səbəbdən onlar AXC-nin yubiley mərasiminə gəlməyiblər.



Teqlər:  





Xəbər lenti