Nazirlik borclu ovuna çıxdı

Nazirlik borclu ovuna çıxdı
  15 İyul 2014    Oxunub:1050
Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu, ak.Həsən Əliyev küçəsi, ev 12 ünvanında yerləşən “Səma LTD” MMC-yə məxsus 6 mebel mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, siyahıya alma tədbirləri paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən “Bellona”, “Korona ”, “İstikbal”, “Mondi” və “Kitchen House” satış mağazalarında aparılıb.

Müəssisənin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 557 min 725,29 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə may ayının 20-də bildiriş göndərilsə də, borc, qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib.

Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən may ayının 21-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və vergi ödəyicisinə məxsus 334 min 245 manat manat dəyərində mebel dəstləri müəyyən edilib qaydada siyahıya alınıb.

Həmin gün vergi əməkdaşları tərəfindən Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 9 ünvanda yerləşən, fiziki şəxs Babayev Rəşad Cəbrayıl oğluna məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun, 5 min 674 manat vergi borcu olduğu aşkar edilib, iyun ayının 6-da ona bildiriş göndərilib. Vergi borcu qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyi üçün iyul ayının 3-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və mağazada olan 4 min 172 manat dəyərində olan ərzaq və qida məhsulları müvafiq qaydada siyahıya alınıb.


Teqlər:





Xəbər lenti