Vasif Talıbov iftar verdi

Vasif Talıbov iftar verdi
  15 İyul 2014    Oxunub:958
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iftar süfrəsi açıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən V. Talıbov Ramazan ayının fəzilətlərinin çox olduğunu bildirib: Onlardan biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs Qurani-Kərimin bu ayda tamamlanmasıdır. Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulmuşdur. Ona görə ki, bizim xalqımız da daim xeyirxah niyyətlər ardınca getmiş, böyük mədəniyyət yaratmış, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş etmişdir”.

V. Talıbov deyib ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür: “Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir”.

Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti